22 dekabr 2022 14:19
622

Energetika Nazirliyi EBRD ilə memorandum imzalayıb

Energetika Nazirliyi ilə Avropa Yneidənqurma və inkişaf Bankı (EBRD) arasında elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Memorandum imzalanıb.

“İki sahil” xəbər verir ki, bunu nazir Pərviz Şahbazov "Tvitter"də bildirib.

"Aşağı karbonlu və dayanıqlı inkişaf məqsədli bu əməkdaşlıq yaşıl enerjinin inkişafına, elektrik stansiyalarında səmərəliliyin artırılmasına və CO2-nin azaldılmasına töhfə verəcək", - deyə o qeyd edib.