Milli Məclisin deputatı Anar Məmmədov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Şəhər İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul ediblər.
“İki sahil” xəbər verir ki, qəbulda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhər ağsaqqalları və ziyalıları iştirak ediblər.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Qəbuldan razılıqla gedən vətəndaşlar onların problemlərinə diqqət və qayğı ilə yanaşan ölkə rəhbəri İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.
Qeyd edək ki, Naftalan şəhərində millət vəkili və başçının iştirakı ilə davamlı olaraq vətəndaşlarla görüş keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.