Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Aşağı Zeynəddin kənd ərazi partiya təşkilatında “Parlaq Zəfərin yaratdığı reallıq: Böyük Qayıdış” mövzusunda partiya fəalları ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüş iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Görüşü giriş sözü ilə açan Aşağı Zeynəddin kənd ərazi partiya təşkilatın sədri Mehman Səmədov Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri haqqında danışıb.
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov çıxış edərək bildirib ki, 16 noyabr 2022-ci il tarixdə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan əraziləri əhatə edən Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. Qeyd olunub ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcəkdir.
Görüşdə çıxış edən partiya fəalı Həbib İsmayılov işğaldan azad edilimş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin Azərbaycan dövlətinin gücündən xəbər verdiyindən bəhs edib, şəhid atası Elton Yusifov isə dövlətin müharibə əlilləri və şəhid ailələrinə olan yüksək diqqət-qayğısından danışıraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Sonda YAP Ağdaş rayon təşkilatında səmərəli fəaliyyətinə görə bir qrup partiya fəalına fəxri fərmanlar təqdim olunub.