23 dekabr 2022 12:22
585

Nazir: Əsas kapitala yönəldilmiş vəsaitlər 13 milyard manatı ötüb

Bu ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 13 mlrd. 53,6 mln. manat təşkil edib.

“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Qeyri neft-qaz sektoruna yönəldilmiş vəsaitlər isə ötən ilin eyni dövrü ilə müqayisədə 24,5% artıb və 8 mlrd. 789,7 mln. manata çatıb",- deyə nazir əlavə edib.