24 dekabr 2022 13:43
549

Sülhməramlılara məxsus çadır və konteynerlər sökülərək aparılır

Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlıları qurduqları konteyner və çadırları söküblər.

“İki sahil” xəbər verir ki, əraziyə gətirilən üç yük avtomobili vasitəsilə yüklər Laçın istiqamətinə aparılır.

Həmin yük avtomobillərinin aksiya keçirilən ərazidən hərəkət etməsinə şərait yaradılıb.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq on üç gündür davam edir.