Ədliyyə və Daxili İşlər nazirlikləri birgə əməliyyat keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə nazirliklərin birgə əməliyyat məlumatında bildirilib.
Qeyd olunub ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Abşeron rayonunun Digah qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, ona məxsus 1 daraq və 96 ədəd 7,62 kalibrli güllə, 1 əl qumbarası aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Sosial şəbəkələrdə yaş məhdudiyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısı hazırlanacaq