Noyabrda bankların əmanət portfeli 0,7 faiz (83,3 milyon manat) artaraq 11 milyard 339,9 milyon manat təşkil edib.
"İki sahil" Mərkəzi Banka istinadla xəbər verir ki, əmanət portfelinin 53,4 faizi (6 milyard 58 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 19 milyard 51,1 milyon manat olmaqla (ay ərzində artım 3,1 faiz və ya 565,7 milyon manat), hüquqi şəxslərin cəmi depozit portfelinin (21,521 milyon manat) 88,5 faizini təşkil edib (ilin əvvəli ilə müqayisədə bu nisbət dəyişməyib).
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması noyabr ayında ilin əvvəlinə nəzərən 2,1 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 3 faiz bəndi azalaraq 38,9 faiz olub.