24 dekabr 2022 15:55
606

Polis əməkdaşları Qazax rayonunda evdə baş vermiş yanğının qarşını alıblar

Qazax rayon Polis Şöbəsinə rayonun Daş Salahlı kəndindəki evlərdən birində yanğın hadisəsi baş verməsi, daha sonra yanğının digər bir evə keçməsi barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.

Polis əməkdaşları dərhal hadisə yerinə gələrək yanğının qarşını almaq, evlərdəki vətəndaşların təxliyə edilməsi üçün ilkin tədbirlər həyata keçirib.

Bundan başqa, polis əməkdaşları hadisə yerini mühafizə edərək digər şəxslərin yaxınlaşmasının da qarşısını alıblar. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gələrək yanğını söndürüblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.