24 dekabr 2022 17:53
617

“Yüksəliş” müsabiqəsinin qalibləri və İşçi qrupu “Bir qəlbi də sən isit” aksiyasına qoşuldu

“Yüksəliş” müsabiqəsinin qalibləri və İşçi qrupu Yeni il münasibətilə “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramına qoşularaq “Bir qəlbi də sən isit” aksiyası çərçivəsində sosial qayğıya ehtiyacı olan uşaqların arzularının gerçəkləşdirilməsinə kömək göstərdi.

“İki sahil” xəbər verir ki, qaliblər və İşçi qrupu 100 nəfərə yaxın azyaşlının əvvəlcədən “ASAN Məktub” vasitəsilə daxil olan istəkləri əsasında hədiyyələr hazırlayıb. Hazırlanan 96 hədiyyə dekabrın 24-də təyinatı üzrə artıq bölgələrə göndərilib.

Yeddi ildən çoxdur ki, “ASAN Məktub” layihəsi vasitəsilə respublika ərazisində yaşayan uşaq evlərinin, aztəminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzuları həyata keçirilir.