Ötən gün ölkəmizdə aparılan 1 min 957 test nəticəsində məlum olub ki, 72 nəfər koronavirusa (COVID-19) yoluxub.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 4 nəfər dünyasını dəyişib, 104 nəfər COVID-19 xəstəsi sağlamlığına qovuşub.