Azərbaycanda son sutkada koronavirus (COVID-19) 419 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 140, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 100, “buster” doza ilə peyvənd olunanların sayı 154, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 nəfərdir.