25 dekabr 2022 17:40
331

72 nəfər koronavirusa yoluxub, 72 nəfər sağalıb

Ötən gün ölkəmizdə aparılan 1 min 930 test nəticəsində məlum olub ki, 72 nəfər koronavirusa (COVID-19) yoluxub.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində dünyasını dəyişən virus daşıyıcısı olmayıb.

Daha 72 nəfər COVID-19 xəstəsi isə sağlamlığına qovuşub.