25 dekabr 2022 21:39
623

Şəhid və qazi ailələrinin uşaqları üçün bayram şənliyi təşkil olunub

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İlin - 2023-cü ilin qarşılanması  münasibətilə şəhid və qazi ailələrinin uşaqlarına bayram şənliyi təşkil olundu.

Tədbir "SOCAR Polymer" MMC–nin dəstəyi ilə baş tutdu.

“İki sahil” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Hicran Hüseynova, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Sumqayıt Musiqi kollecinin direktoru Səbinə Mehdiyeva, "SOCAR Polymer"in əməkdaşı Orxan Xəlilzadə, "Az.QAC"nin  İcraci katibin müavini Elşən Səlimzadə və digər əməkdaşları tədbirdə iştirak edirdi. Tədbir Dövlət Himni sədaları altinda şəhidləri anımla başladı.

Tədbiri "Az.QAC" Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova açaraq, qonaqları salamlayaraq bu tədbirin mahiyyəti barədə qonaqları məlumatlandırdı.

Milli Məclisin deputatı Hicran Hüseynova çıxında Azərbaycanın Müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakcılarının diqqət və qayğısının daima olduğunu vurğulayaraq bu tədbirin önəmliliyini qeyd edib, təşkilatçılara minnətdarlığını bildirdi.

Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov  şəhər rəhbərliyinin salamlarını çatdıraraq şəhid və qazi ailələri hər zaman xüsusi diqqətdə olmasından danışdı.

Nahar süfrəsi ətrafında toplaşan iştirakçılar şən musiqi sədaları altında rəqs edərək, maraqlı və yadda qalan gün kecirdilər.

Şaxta baba və nağıl qəhramanlarının çıxışları, müxtəlif oyunlar uşaqları sevindirdi. Musiqi Kollecinin müəlim, tələbə kollektivinin və Firəngiz xanımın rəhbərliyi ilə şəhid uşaqlarindan ibarət Xarı Bülbül xor ansablının  cıxışları da alqışlarla qarşılandı.

İştirakçılar ilə birgə bayram tortu kəsildi, şam ağacı ətrafında yallı gedildi.

Tədbirin sonunda öncədən hazırlanmış bayram hədiyyələri uşaqlara təqdim olundu.

Valideynlərdə öz növbələrində tədbirin təşkilatcılarına minnətdarlıqlarını bildirdi. Ümumilikdə bu tədbirdə 138 nəfər şəhid, qazi və müəyyən qism fiziki imkanları məhdud uşaqlar bəhrələndi.