Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, Gürcüstanın Biznes Qadınları Şurası ilə birlikdə İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz Ofisi vasitəsilə Xarici İşlər üzrə Federal Departamenti tərəfindən təmsil olunan İsveçrə Konfederasiyası (FDFA) tərəfindən maliyyələşdirilən “Dayanıqlı inkişaf yolunda qadınların iqtisadi gücləndirilməsi və gender bərabərliyinin təşviqi” Layihəsinin Zaqatala rayon Heydər Əliyev Mərkəzində bağlanış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva və layihənin donoru olan İsveçrə Səfirliyi, Zaqatala İcra Hakimiyyəti nümayəndəsi və Zaqatala KOB dostu və layihə iştirakçıları, qaliblər iştirak ediblər.
Tədbirdə Səkinə Babayeva və digər nümayəndələr iştirakçıları salamlayaraq onların layihə boyu göstərdikləri aktiv iştirakına görə hər birinə təşəkkür etmiş və regionlardakı qadınların sosial-iqtisadi gücünün artırılması məqsədi ilə keçirilən bu layihənin tez bir zamanda yenidən olacağını vurğulayıb.
Tədbirdə qarşılıqlı müzakirələr aparılıb və iştirakçıların gələcək planları dinlənilib.
Qeyd edək ki, layihəyə 90 qadın müraciət edib, 20 iştirakçı seçilərək təlimlərə cəlb olunub, biznes planını tam əsaslandıran 13 qadın iştirakçı isə qalıb olaraq avadanlıqlarını təhvil alıblar.
Azərbaycan Qazaxıstanla Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılmasını müzakirə edib
Kartdan-karta köçürmələrə limit tətbiqi kiberdələduzluq riskini azalda biləcəkmi? - RƏY
Yelo Taksit kartında komissiyasız nağdlaşdırma və köçürmə kampaniyası uzadıldı!