26 dekabr 2022 17:50
513

On bir ayda Azərbaycana 66,8 min avtomobil  GƏTİRİLİB

Yanvar-noyabr aylarında Azərbaycana 932 milyon 95 min ABŞ dolları dəyərində 66 min 866 avtomobil idxal olunub.

“İki sahil” xəbər verir ki, Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 374-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 61 min 637-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 4556-sı yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 299-u isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.