27 dekabr 2022 18:20
446

ABŞ-dan Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb

2022-ci ilin yanvar-noyabr aylarında ABŞ-dan Türk limanlarına 29 milyon 595 min 825 ton yük daşınıb.

“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər ABŞ-dan limanlara 959 min 48 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 976 min 278 ton yük çatdırıb. Bu müddət ərzində ABŞ bayraqlı gəmilərlə Türkiyə limanlarına 154 min 901 ton yük çatdırılıb. 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanlarına ABŞ-dan 28 milyon 630 min 758 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Türkiyə limanları 6 min 19 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 558 min 916 ton təşkil edib. Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 110 min 89 ton olub.

Bununla yanaşı, 2022-ci ilin noyabr ayında Türkiyə limanlarından 6 milyon 758 min 108 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanları 361 milyon 981 min 446 ton yük qəbul edib. 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 25 milyon 796 min 23 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 336 milyon 185 min 423 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 73 milyon 758 min 393 ton transit yük daşınıb.