28 dekabr 2022 11:47
402

Mikayıl Cabbarov: Hədəfimiz Naxçıvanda reallaşdıra bilmədiyimiz iqtisadi potensialı istifadə etməkdir

2023-cü ildə Azərbaycan İqtisadiyyat Nazirliyi sahibkarların iştirakı ilə Naxçıvanda böyük tədbir keçirməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki,  bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov "Dayaq" mükafatının təqdim etmə mərasimində deyib..

"Hədəfimiz Naxçıvanda reallaşdıra bilmədiyimiz iqtisadi potensialı, insan potensialını istifadə etməkdir, qardaş Türkiyə ilə olan iqtisadi münasibətləri aidiyyətı dövlət orqanlarımız ilə sahibkarlar arasında əlaqələrin səmərəli diskussiya şəklində keçirməkdir", - nazir bildirib.

M. Cabbarov Naxçıvanda iqtisadi fəaliyyətlə məşğul olan və biznes qurmaq istəyən bütün sahibkarları görüşə dəvət edib.