28 dekabr 2022 16:30
484

Siyəzəndə taxıl anbarının genişləndirilməsi üçün 2 milyon manat güzəştli kredit ayrılıb

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Siyəzən rayonunda taxıl anbarı kompleksinin genişləndirilməsi üçün 2 milyon manat kredit ayırıb.

“İki sahil” xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Twitter"də bildirib.

Onun sözlərinə görə, güzəştli kredit sahibkar Vüqar Qardaşova verilib.