Rusiya və Türkiyə artıq Türkiyədə qaz qovşağı layihəsinin praktiki icrasına başlayıb.
“İki sahil” xəbər verir ki, bunu “Qazprom”un rəhbəri Aleksey Miller bildirib.
Onun sözlərinə görə, “Qazprom” maliyyə cəhətdən tamamilə dayanıqlıdır və bütün borc öhdəliklərini yerinə yetirir.
Miller şirkətin bu il müxtəlif səviyyələrdə büdcəyə 5 trilyon rubldan çox vergi ödəyəcəyini söyləyib.