30 dekabr 2022 08:15
360

AMB-nin gələn il pul siyasətini nəzərdən keçirəcəyi tarixlər açıqlanıb

2022-ci ildə olduğu kimi 2023-cü ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə fevralın 1-də, martın 29-da, mayın 3-də, iyunun 21-də, iyulun 26-da, sentyabrın 20-də, noyabrın 1-də və dekabrın 20-də açıqlanacaq.

Qərarlardan dördünü qurumun sədri Taleh Kazımov mətbuat konfransında açıqlayacaq. Media nümayəndələri ilə görüşlər fevral, may, iyul və noyabr aylarına nəzərdə tutulub.