30 dekabr 2022 08:54
471

BQXK-nın avtomobillərinin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidi təmin edilib

Dekabrın 30-da aksiya iştirakçıları Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.

“İki sahil” xəbər verir ki, bu barələrdə AZƏRTAC məlumat yayıb.

Bildirilib ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-yə məxsus üç avtomobilin aksiya keçirilən ərazidən keçidi təmin olunub.

Qeyd edək ki, bu, humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.