30 dekabr 2022 09:57
353

Nyu-York birjasında təbii qazın ucuzlaşması davam edir

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

“İki sahil” xəbər verir ki, fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,71 % azalaraq, 4,476 ABŞ dolları təşkil edib.