2023-cü ildə də tədiyə balansının cari əməliyyatlar hesabında profisit gözlənilir.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. Qeyd edilib ki, ixracın strukturunun diversifikasiyası cari hesabı balanslaşdıran neft qiymətinin rolunun azalmasına səbəb olur. 2023-cü ildə də dövlət tələbi iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynayacaq.
AMB-dən həmçinin bildirilib ki, 2023-cü ildə dövlət büdcə xərclərinin ÜDM-ə nisbətinin 30%-i üstələyəcəyi gözlənilir: "Növbəti ildə büdcə qaydasının tətbiqinin davam etdirilməsi ilə qeyri-neft fiskal kəsrin və borclanmanın azaldılması strategiyasının həyata keçirilməsi uzunmüddətli fiskal dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".