2022-ci ilin yanvar-noyabr aylarında Türkiyədə Rusiya kapitalı ilə 1208 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1043 şirkət çoxdur.
“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Rusiya şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya şirkətlərinin məcmu kapitalı 486,2 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 84,3 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-noyabr aylarında Rusiya şirkətlərinin əksəriyyəti İstanbulda (818) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Rusiya şirkətlərinin ümumi kapitalı 219,5 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki , 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyədə Rusiya kapitalı ilə 693 topdan və pərakəndə ticarət, 89 ixracat şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.