01 yanvar 2023 13:17
635

Türkiyənin ən böyük elektron ticarət platforması Azərbaycanla logistikanı təkmilləşdirməyi planlaşdırır

Azərbaycanlılar "Trendyol" elektron ticarət platformasında hər ay on minlərlə müxtəlif məhsullar sifariş edirlər.

“İki sahil” xəbər verir ki, bunu "Trendyol" platformasının İdarə Heyətinin üzvü Ozan Acar deyib.

Onun sözlərinə görə, ildə bu rəqəm bir neçə yüz min bağlamaya çata bilər. O.Acar bildirib ki, “Trendyol”dan Azərbaycana malların birbaşa çatdırılmaması səbəbindən bağlamaların dəqiq sayını demək çətindir.

"Hesab edirəm ki, malların çatdırılması prosesini asanlaşdırmaq üçün məhz “Trendyol” platformasında birbaşa logistikanı qurmaq lazımdır. Bunun üçün ciddi ekosistem yaradılmalıdır. Platformamızın mallarının logistikası ilə 200 mindən çox şirkət məşğul olur və biz onlarla malların "Trendyol"dan Azərbaycana birbaşa çatdırılmasının təşkil edilməsi sahəsində əməkdaşlıq etmək niyyətindəyik", - deyə O.Acar bildirib.

O.Acar vurğulayıb ki, bu təşəbbüslərin həyata keçirilməsi Azərbaycan və Türkiyə arasında əmtəə dövriyyəsinin daha da artmasına töhfə verəcək.