03 yanvar 2023 10:56
436

Qızıl və gümüş bahalaşdı...

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (fevral müqavilələri üzrə) 1,21% artaraq, 1 848,3 ABŞ dollarına bərabər olub.

“İki sahil” xəbər verir ki, birja məlumatlarına görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti (mart müqavilələri üzrə) isə 2,72% artaraq, 24,70 dollar təşkil edib.

Avro ABŞ dolları qarşısında 0,02% dəyər itirərək 1,0665 dollar təşkil edib.