Türkiyədə qaz qovşağının yaradılması təxminən bir il çəkəcək.
“İki sahil” xəbər verir ki, bunu ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz TVnet-də deyib.
F.Dönməzin sözlərinə görə, zaman keçdikcə Avropa ölkələrinin layihəyə marağı arta bilər.
Qeyd edək ki, Türkiyə beynəlxalq qaz qovşağına çevrilmək üçün səylərini davam etdirir. Bu ideyanın beynəlxalq enerji layihələrində iştirak, LNG qurğularının yaradılması və regionda yeganə qaz ticarəti bazarına malik olmaq amili hesabına həyata keçirilməsi planlaşdırılır.