Azərbaycanda qadın sahibkarlığının genişləndirilməsi və inkişafı məqsədi ilə yaradılan Azərbaycan Qadın Sahibkarlar İnkişafı Assosiasiyasının (AQSİA) 5 illik fəaliyyətində hər zaman əsas dəstəkçilərdən biri KOBİA olub.
“İki sahil” xəbər verir ki, dövlət və özəl sektorda qadın sahibkarlığının inkişaf etdirilməsində, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci - “Gender bərabərliyi” və 7-ci - “Məqsədlər üçün tərəfdaşlıq” bəndlərinə əsasən hər zaman qadınlara və onların iqtisadi gücləndirilməsində, evdəməşğulluq proqramları çərçivəsində, həmçinin qadın sahibkarların şəbəkələşməsində göstərdiyi xidmətlərə görə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov “AQSİA-nın 5 illik uğurlu tərəfdaşı” mükafatı ilə təltif olunub.
Mükafatı AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva və İdarə Heyətinin üzvləri təqdim ediblər.
IATA Orta Dəhlizdə Azərbaycanın potensialının tam şəkildə üzə çıxarılması üçün şərtləri açıqlayıb
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir