05 yanvar 2023 22:14
656

Bəstəkar Oqtay Kazıminin anadan olmasının 90 illiyi münasibətilə tədbir

Azərbaycanın ilk rok opera müəllifi kimi musiqi tariximizə adını yazdıran Azərbaycan Respublikasının Xalq artisti, görkəmli bəstəkar Oqtay Kazıminin anadan olmasının 90 illiyi münasibətilə keçirilən tədbir Astara rayon Mədəniyyət Mərkəzində baş tutdu. 

Unudulmaz bəstəkarın yaxın qohumlarının iştirak etdiyi tədbirdə bəstəkarın həyat və yaradıcılığından bəhs edən film nümayiş olundu, daha sonra bəstəkarın dillər əzbəri olan mahnıları rayon Mədəniyyət Mərkəzinin Sevinc Xalq kollektivinin müşayiəti pərdə-pərdə ürəklərə yayıldı.

Tədbirdə O. Kazıminin uşaqlıq dostu olmuş Əməkdar müəllim Heybət Hüseynov iştirak edərək bəstəkarın uşaqlıq və gənclik illərinin xoş xatirələrini dilə gətirdi. Bəstəkarın ailə üzvləri adından bacısı Təyyarə xanım dəvətə və qardaşının xatirəsinə həsr edilmiş tədbirlərə görə razılığını söylədi. Lənkəran Regional Mədəniyyət İdarəsinin adından İdarənin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Ş. Bayramov isə öz çıxışında tədbirə qatılan qonaqlara təşəkkürünü bildirməklə O. Kazıminin təkrarsız, həmişəyaşar mahnıları ilə qəlblərdə əbədi yaşayacağını dedi.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü