05 yanvar 2023 16:02
451

Daha 3 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

“İki sahil” xəbər verir ki, bu barədə KOBİA-dan bildirilib.

Məlumata görə, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 81-ə çatıb.

Bildirilib ki, “Startap” şəhadətnamələri "Recepta" MMC-nin kassa çeklərinin rəqəmsallaşması üzrə platforma, "Too Far Logistics" MMC-nin sürətli kuryer xidməti üçün onlayn platforma, "İntelligent Services And Solutions Company" MMC-nin fasad yuma robotlarının istehsalı və satışı layihələri üçün təqdim edilib. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.