"Səs Azərbaycan" yeni mövsümü sabahdan etibarən yayıma başlayır.
“İki sahil” xəbər verir ki, İTV-də yayımlanacaq musiqi yarışması 21:30-da efirə gedəcək.
Yarışmada bir çox dəyişikliklər edilib. Belə ki, ilk növbədə ad dəyişdirilərək "Səs Azərbaycan: Doğma nəğmələr" edilib. Eyni zamanda münsif heyəti də tamamilə dəyişdirilib.
Əvvəl dörd olsa da, bu dəfə 3 münsif yarışmaçıları seçəcək. Onlar isə Xalq artisti Gülyaz Məmmədova, müğənni İlqar Xəyal və aşıq Samirə Əliyevadır.
Müsabiqədə Azərbaycan mahnıları səsləndiriləcək. Proqramın aparıcılığını Azər Süleymanov edəcək.
Qeyd edək ki, bundan əvvəl "Səs Azərbaycan"da yarışmaçıların əcnəbi mahnı oxuması tənqid edilmişdi. Hətta münsif kürsüsündə oturan Xalq artisti Brilliant Dadaşova buna dəfələrlə irad bildirmişdi. Dadaşova ilə yanaşı Xalq artisti Tünzalə Ağayeva, müğənnilər Murad Arif və Eldar Qasımov da münsif kürsüsündə oturub.