09 yanvar 2023 08:44
639

Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində fəaliyyətini davam etdirir

Hava şəraitinin dəyişməsinə və qar yağmasına baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində fəaliyyətini davam etdirir.

“İki sahil” xəbər verir ki, bu barədə aeroport məlumat yayıb.

"Uçuşların gediş-gəlişində heç bir gecikmə yoxdur. Hava şəraitinin pisləşməsinə və qar yağmasına baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu adi rejimdə fəaliyyətini, eləcə də təyyarələrin qəbulunu və göndərilməsini davam etdirir", - deyə qeyd olunub.