09 yanvar 2023 11:34
555

Sənaye zonalarına 171 milyon manat investisiya yatırılacaq

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında qeydiyyata alınmış rezidentlərin ümumilikdə 171 milyon manat investisiya yatırması, 2 400-dən çox iş yeri yaratması planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov “Twitter”də bildirib.

Onun sözlərinə görə, ötən il sənaye zonalarında 28 sahibkarlıq subyektinə rezident statusu verilib.