Əməkdar artist Vahid Əliyev sabah xəstəxanadan evə buraxılacaq.
“İki sahil” xəbər verir ki, bunu açıqlamasında aktyorun həyat yoldaşı Tamilla Əliyeva deyib.
“Əməliyyatı uğurlu keçib, hazırda Mərkəzi Klinik Xəstəxanadadır, müalicəsi davam edir, səhhətində problem yoxdur. Sabah, inşallah, xəstəxanadan evə buraxılması gözlənilir”, – o vurğulayıb.
Qeyd edək ki, Vahid Əliyev ötən il dekabrın 24-də infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib və bir neçə gün öncə açıq ürək əməliyyatı keçirib.
Azərbaycan Milli Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisi açılıb
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans bölmə iclasları ilə davam edib