23 yanvar 2023 19:41
508

Azərbaycanda daha 12 nəfər COVID-19-a yoluxub

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.