İspaniyanın EFE xəbər agentliyi, “SWI swissinfo.ch” nəşrinin ispandilli versiyası, Argentinanın “Infobae” saytı yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə hücum barədə məlumat yayıblar.
“İki sahil” xəbər verir ki, materiallarda Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində bir nəfərin həlak olduğu, iki nəfərin yaralandığı bildirilir.
İspaniyanın EFE xəbər agentliyi Azərbaycan XİN-ə istinadla yazır: “Hücum edən şəxs “Kalaşnikov” avtomatından mühafizə postuna atəş açaraq, təhlükəsizlik xidmətinin rəisini öldürüb, digər iki mühafizəçi hücumun qarşısını alarkən yaralanıblar”. Qeyd olunur ki, Azərbaycanın xarici siyasət idarəsi bu məkrli terror aktını qətiyyətlə pisləyib.
Nəşrlər Azərbaycan hökumətinin məlumatına istinadla vurğulayır ki, bu, ölkənin diplomatik nümayəndəliyinə edilən ilk silahlı hücumdur.
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir