İranın Xoy şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 3-ə, yaralananların sayı isə 300-ü ötüb.
“İki sahil” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan vilayətinin Tibb elmləri Universitetinin təcili tibbi yardım mərkəzinin rəisi Fərzin Rzazadə bildirib.
***
İranın Xoy rayonunda baş verən zəlzələ nəticəsində çox sayda insan xəsarət alıb.
“İki sahil” xəbər verir ki, bunu İranın Qərbi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsinin baş direktoru Əmir Abbas Cəfəri deyib.
Ə.Cəfərinin sözlərinə görə, hələlik ölüm halı qeydə alınmayıb.
Ə.Cəfəri əlavə edib ki, İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan vilayətlərinin xəstəxanaları hazır vəziyyətə gətirilib.
O qeyd edib ki, Xoy rayonunda zəlzələ nəticəsində çoxlu dağıntılar qeydə alınıb və bəzi bölgələrdə elektrikin verilişi dayandırılıb.
Onun sözlərinə görə, təxminən 2 saat öncə rayonda qar yağmağa başlayıb.
Xatırladaq ki, ötən gün İranda 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Xoy şəhərindən 8 kilometr cənub-qərbdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.