İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Əlcəzairdə keçirilən 17-ci konfransı çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə Parlament İttifaqı yanında, Parlament İttifaqına isə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi yanında müşahidəçi statusunun verilməsi müzakirə olunub.
“İki sahil” xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bu məsələ üzv parlamentlər tərəfindən yekdilliklə dəstəklənib.
Sonra Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Parlament İttifaqının baş katibi Muhammed Xurayçi Niyass sözügedən məsələyə dair anlaşma memorandumunu imzalayıblar.
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir
Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb