Azərbaycan Respublikasının deputatları Qırğız Respublikasında rəsmi səfərdədir.
“İki sahil” xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Müşfiq Məmmədli, Əli Məsimli və Cavanşir Feyziyev yanvarın 30-da Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə səfər edərək hökümət nümayəndələri, eləcə də, Qırğız parlamentinin üzvləri ilə rəsmi görüşlər keçirmişlər.
Qeyd edək ki, deputatlarımız Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş bir sıra tədbirlərdə iştirak edirlər.
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir
Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb