Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfər edən beynəlxalq ziyarətçilərlə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Hikmət Hacıyev "Tvitter" hesabındakı paylaşımında qeyd edib.

“Azərbaycanı və Ermənistanın 30 illik dağıdıcı hərbi işğalından azad edilmiş əraziləri ziyarət edən 6-cı Beynəlxalq ziyarətçilər qrupu. Təbiətin gözəlliyi və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı yenidənqurma işlərinin miqyası beynəlxalq ziyarətçiləri heyran edib ”, - Hikmət Hacıyev vurğulayıb.
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir
Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb