07 fevral 2023 11:39
552

Vyetnamın Azərbaycandakı yeni səfiri dövlət başçısına etimadnaməsini təqdim edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Danq Min Xoyun etimadnaməsini qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.