07 fevral 2023 14:36
569

Zelenski Türkiyəyə humanitar yardımla bağlı qərar imzalayıb

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardımın göstərilməsi ilə bağlı qərar imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar “Twitter“də yazıb.

“Ukrayna xalqı türk xalqının ağrısını bölüşür. Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski dəhşətli fəlakətin nəticələrinin aradan qaldırılması üçün Türkiyəyə humanitar yardımın göstərilməsi haqqında qərar imzalayıb” - deyə səfir qeyd edib.