Türkiyə millisinin və İtaliya "Yuventus"unun futbolçusu Merih Demiral portuqaliyalı hücumçu şəxsi kolleksiyasında yer alan Kriştianu Ronaldonun imzalı formasını hərraca çıxarıb.
“İki sahil” xəbər verir ki, bu barədə 25 yaşlı müdafiəçi özünün "tvitter" səhifəsində paylaşım edib.
Hazırda icarə əsasında "Atalanta"da çıxış edən oyunçu bildirib ki, bu addımı ölkəsindəki zəlzələ qurbanlarına kömək məqsədilə atıb: "Ronaldo ilə danışdım, baş verənlərə görə çox üzüldüyünü bildirdi. Hərracdan əldə ediləcək bütün vəsait zəlzələ zonası üçün istifadə olunacaq".