10 fevral 2023 11:45
546

Müstəqilliyimizin qorunub saxlanması Ulu Öndərin adı ilə bağlıdır FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı “Heydər Əliyev İli” çərçivəsində tədbirləri davam etdirir.

YAP Daşkəsən rayon təşkilatının tədbirlər planına uyğun olaraq Quşçu kənd və Əli İsmayılov adına ərazi partiya təşkilatlarında “Heydər Əliyev İli” çərçivəsində yığıncaqlar keçirilib.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyevin və Aparatın məsul işçilərinin iştirak etdikləri tədbirlərdə Ümummilli Liderin, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan əsgərlərimizin və qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının və dövlətinin tarix səhnəsində özünəməxsus yer tutması, müstəqilliyimizin qorunub saxlanması məhz dahi şəxsiyyət, əbədiyaşar lider, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmçinin tədbirlərdə qeyd edilib ki, Prezident İlham Əliyev ötən müddətdə ona bəslənilən ümidləri doğruldub, cəmiyyətin bütün arzularını gerçəkləşdirməyə çalışmaqla, xalqın maraq və mənafelərinə cavab verən çevik, qətiyyətli qərarlar qəbul edib, mühüm uğurlara imza ataraq özünü böyük siyasətçi kimi təsdiqləyib.
Yekunda bir qrup partiya fəalına YAP Daşkəsən rayon təşkilatının Fəxri Fərmanları təqdim olunub və bir nəfər YAP sıralarına qəbul olmaq üçün ərizə ilə müraciət edib.

Cavid Əkbərov, "İki sahil"