Ailəsi afaziya diaqnozu qoyulduğu üçün karyerasını bitirən aktyor Brüs Uillisin səhhəti ilə bağlı açıqlama yayıb.
“İki sahil” xəbər verir ki, 67 yaşlı aktyora frontotemporal demans (FTD) diaqnozu qoyulub. Sənətçinin ailəsinin sözlərinə görə, onun vəziyyəti getdikcə pisləşir və hazırda effektiv müalicə üsulları yoxdur. Belə bir diaqnozla insanlar təxminən 5-7 il yaşayır. Brüsün ailəsi ümidlərini itirmədiklərini bildiriblər.
"Ailəmiz üçün çox çətin dövrdür, sevginiz, şəfqətiniz və dəstəyinizə görə minnətdarıq. Brüsün həmişə dediyi kimi: "Doyunca yaşayın. Biz birlikdə bunu edəcəyik" deyə, aktyorun ailəsi bildirib.
Azərbaycan Milli Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisi açılıb
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans bölmə iclasları ilə davam edib