22 fevral 2023 10:34
363

Avropada qazın qiyməti azalıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 543 ABŞ dollarına yaxın olub.

“İki sahil” xəbər verir ki, 21 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 542,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (551,8 dollar) ilə müqayisədə 1,6% azdır.