23 fevral 2023 10:07
368

Neftimizin qiyməti ucuzlaşıb

Fevralın 22-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,94 dollar ucuzlaşaraq 82,4 dollar olub.

“İki sahil” xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,89 dollar ucuzlaşaraq 80,66 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,65 dollar ucuzlaşaraq 44,32 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti fevralın 22-də 1,75 dollar ucuzlaşaraq 80,25 dollar olub