23 fevral 2023 14:15
562

Mikayıl Cabbarov: Daşınmaz əmlakın icarəsindən dövlət büdcəsinə daxilolmalar 53,3 % artıb

2022-ci ildə daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 24,8 milyon manat daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

"Bu, öncəki illə müqayisədə 53,3 % çoxdur", - nazir qeyd edib.

M. Cabbarovun sözlərinə görə, büdcə gəlirlərinin formalaşmasında dövlət əmlakının idarəedilməsi sahəsindən daxilolmaların rolu artır.