Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 550 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
“İki sahil” xəbər verir ki, 23 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 554,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (556,9 dollar) ilə müqayisədə 0,5% azdır.