Azərbaycanda bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı bu il fevral ayının 1-nə 13 milyon 488 min ədəd təşkil edib.
"İki sahil” Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən aya nisbətən 231 min ədəd çoxdur.
Qeyd edək ki, ötən ilin fevral ayının 1-nə nəzərən Azərbaycanda ödəniş kartlarının sayı 19.7% və ya 2 milyon 217 min ədəd artıb. 2022-ci ilin müvafiq dövründə bu rəqəm 11 milyon 271 min ədədə bərabər idi.